Yığma komanda Göygöldə təlim-məşq toplanışındadır
- 15 İyn 2022 20:00
- 589
Ağır atletika üzrə Azərbaycan yığma komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır.
Rekord.az xəbər verir ki, atletlərimiz qarşıdakı beynəlxalq yarışlara hazırlığı Emil Əliyevin rəhbərlik etdiyi məşqçilər heyətinin tapşırıqları əsasında davam etdirirlər.
Göygöldəki toplanış iyunun 28-nə qədər davam edəcək. Buna qədər yığma komanda Sumqayıt Olimpiya İdman Kompleksi və Şüvəlandakı Ağır Atletika Akademiyasında toplanışda olub.