Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi qitə birinciliyinin seçəmə mərhələsində sabah növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız IV tur çərçivəsində Sloveniya ilə üz-üzə gələcək. 

Bakıda baş tutacaq görüş qalib gəlməklə komandamız gələn il keçiriləcək Avropa Çempionatının final mərhələsinə vəsiqəni təmin edəcək. Qrupda keçirdiyi hər üç oyunda quru hesablı qələbə qazanan yığmamız hazırda maksimum nəticə ilə, 9 xalla liderlik edir. 

Qeyd edək ki, bu, millimizin doğma meydanda keçirəcəyi son qarşılaşmadır. Voleybolçularımızın qitə birinciliyinin final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin etmək üçün əlindən gələni edəcəyi şübhəsizdir. Voleybol Mərkəzində təşkil olunacaq görüşün start fiti saat 18:00-da çalınacaq. 

 

Avropa Çempionatı, təsnifat

3 avqust

D qrupu

IV tur

   18:00 Azərbaycan - Sloveniya