Yığmamız AÇ-yə Bakıda hazırlaşır
- 27 Yan 2020 18:20
- 1134
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması yanvarın 25-dən növbəti təlim-məşq toplanışına start verib.
Rekord.az xəbər verir ki, Nitsa qran-prisində çıxış etdikdən sonra vətənə qayıdan millimiz bir neçə günlük fasilədən sonra hazırlıq prosesini bərpa edib.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutan təlim-məşq toplanışı gələn ay İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır. Komanda qitə birinciliyinədək məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirəcək.