Yığmamız avroliqada mübarizəyə başlayır, ilk rəqib İspaniyadır
- 27 May 2021 11:43
- 733
Qadınlardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayır. "Rekord.az" xəbər verir ki, yığmamız ilk oyununa mayın 28-də çıxacaq.
A qrupunda yer alan komandamız Rumıniyada baş tutacaq birinci qarşılaşmasında İspaniya millisi ilə üz-üzə gələcək. Görüş "Arena Cluj Napoca"da baş tutacaq. Vüqar Əliyevin yetirmələri Bakı vaxtı ilə saat 21:00-da meydana çıxacaqlar.
Qeyd edək ki, mayın 28-də start götürəcək yarışda millimiz əsasən gənclərdən təşkil olunmuş heyətlə çıxış edəcək. Rəqiblərimiz isə Fransa, Rumıniya və İspaniya kollektivləridir. İlk dövrənin oyunları mayın 28-30-da Rumıniyada, ikinci dövrənin qarşılaşmaları isə iyunun 4-6-da Fransada təşkil olunacaq.
Qızıl Avropa Liqası
Birinci dövrə, Rumıniya
28 may
I tur
21:00 İspaniya - Azərbaycan