Qızıl Avropa Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, 1-ci turun qarşılaşmalarını Bakıda keçirən komandamızın rəqibi Rumıniya millisi olub.
GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşə qonaqlar üstün başlayıb və təşəbbüsü sonadək qoruya bilib. Beləliklə, yığmamız yarışdakı ilk matçında 3:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandamızın növbəti oyunu mayın 19-da Ukraynaya yığmasına qarşı olacaq. Sabah isə eyni məkanda Rumıniya və Ukrayna milliləri qarşılaşacaqlar.
Qızıl Avropa Liqası
I tur
17 may
Azərbaycan - Rumıniya 0:3 (16:25, 16:25, 19:25)