Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunun oyunları start götürüb.

Rekord.az xəbər verir ki, A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı ilk oyununda Malta yığması ilə üz-üzə gəlib.

Qarşılaşmaya üstün başlayan yığmamız gərgin oyunun yekununda 73:54 hesabı ilə qalib gəlib.

Millimizin qrupdakı növbəti rəqibi Cənubi Kipr seçməsi olacaq. İyulun 31-də baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.