Yığmamız Avropa kubokunu 2 medalla başa vurdu
- 11 Noy 2024 14:20
- 106
Noyabrın 9-10-da Macarıstanın Dyör şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa kuboku keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığması turniri iki medalla başa vurub.
Yarışın 2-ci günündə Canpolad Əliyev (90 kq) fəxri kürsüdə yer alıb. O, bürünc medalla kifayətlənib.
Avropa kubokunun ilk günündə Bayram Orucov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Turnirdə 29 ölkədən 614 idmançı iştirak edib.