Atıcılıq üzrə qadınlardan ibarət Azərbaycanın yığması Polşada keçirilən üçüncü Avropa Oyunlarında təsnifat yarışına çıxıb.

Rekord.az xəbər verir ki, Nərminə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb.

Yer aldığı qrupda 826 xal toplayan yığma 9 komanda arasında sonuncu nəticəni göstərib.