Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi komandamız Bakıda Belçika yığması ilə üz-üzə gəlib. 
GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşə qonaqlar üstün başlayıblar.  Təşəbbüsü sonadək qoruyan rəqib komanda meydandan quru hesablı qələbə ilə ayrılıb. Beləliklə, yığmamız yarışdakı ikinci matçında 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, millimiz AVRO-2026-nın seçmə mərhələsində Avstriya və Belçika komandaları ilə birgə B qrupunda mübarizə aparır. Yarışın formatına uyğun olaraq komandaların digər iki qarşılaşması 2025-ci ilin avqustunda baş tutacaq. Bu mərhələdə 21 yığma (7 qrup) çıxış edir. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
24 avqust
   Azərbaycan - Belçika 0:3 (17:25, 12:25, 19:25)