Yığmamız bolqarlar, gürcülər və qazaxlarla birgə hazırlıq keçir
- 07 Yan 2023 17:30
- 410
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız, Bolqarıstan, Gürcüstan və Qazaxıstan yığmalarının sablyaçıları ilə birgə Bakıda təlim-məşq toplanışındadır.
Rekord.az xəbər verir ki, yanvarın 4-də başlayan hazırlıq prosesi ayın 11-nə kimi davam edəcək.
Milli komandaların üzvləri gündə 2 dəfə Azərbaycan Texniki Universitetinin İdman Sarayının qılıncoynatma zalında məşq edirlər. Təlim-məşq toplanışı 13-15 yanvarda Tunisdə keçiriləcək qran-pri turnirinə hazırlıq xarakteri daşıyır.
Dünya reytinqində ilk sırada qərarlaşan Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova qran-pridə sablyaçıların şəxsi yarışında qüvvəsini sınayacaq.