![photo](https://rekord.az/uploads/5/b359e008-9dcd-30f2-bd80-1dd4b778279c-850-600x300.jpg)
Yığmamız iki yoldaşlıq oyunu keçirəcək
- 2023-06-07 11:41
- 278
Qadın futbolçulardan ibarət Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki görüşdə qüvvəsini sınayacaq.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda iyulun 14-də və 17-də Riqadakı Yanis Skredelis stadionunda Latviya yığması ilə üz-üzə gələcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.