Yığmamız ikinci turda Gürcüstana uduzdu
- 29 Fev 2024 15:15
- 238
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə ikinci yoldaşlıq görüşünü keçirib.
Rekord.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma bu dəfə qara fiqurlarla mübarizə aparıb. Startdan əvvəl Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov çıxış edib, ardınca isə simvollik olaraq ilk gedişi yerinə yetirib.
İkinci turda 4 partiyada qalib müəyyənləşməyib. Bir oyunda isə Nino Baçiaşvili millimizin üzvü Ülviyyə Fətəliyevadan üstün olub.
Reqlamentə əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaqlar. Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.