Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanda təşkil olunan "Savaria" beynəlxalq turnirində mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, komandamız yarışa qitə birinciliyinəhazırlıq çərçivəsində qatılıb.  beynəlxalq turnirdə yarışacaq.

Dairəvi sistemlə keçirilən turnirdə yığmamız ilk qarşılaşmasında ev sahibi ilə üz-üzə gəlib. Görüş gərginliyi ilə yadda qalıb. Hərəyə iki set qazanan komandaların mübarizəsinin taleyinə tay-brekdə aydınlıq gəlib. Gərgin keçən həlledici hissədə isə rəqib daha dəqiq olub. 5 set davam eən matçda Vüqar Əliyevin rəhbərlik etdiyi voleybolçularımız 2:3 hesabı ilə uduzublar. 

 

Qeyd edək ki, komandamız növbəti oyununu Niderland yığmasına qarşı keçirəcək. 

"Savaria" beynəlxalq turniri
   Azərbaycan - Macarıstan 2:3 (23:25, 25:23, 25:17, 22:25, 15:17)