Yığmamız Olimpiadaya hazırlığı davam etdirir
- 29 İyn 2021 17:15
- 660
Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasının üzvləri paytaxt Bakıda təlim-məşq toplanışını davam etdirirlər.
Rekord.az xəbər verir ki, iyun ayının ortalarından başlayaraq əvvəlcə Şahdağ, sonra isə Bakıda keçirilən hazırlıq prosesini Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də yaxından izləyir.
Cüdoçularımız dəniz kənarında, eləcə də Şağandakı Olimpiya İdman Kompleksində məşq edərək fiziki və taktiki hazırlıqlarını yüksəldirlər. Millinin toplanışında bütün aparıcı cüdoçularımız iştirak edirlər. Rüstəm Orucov, Nicat Şıxəlizadə, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Orxan Səfərov, Murad Fətiyev, Kəramət Hüseynov, Uşangi Kokauri və Hidayət Heydərov baş məşqçi Ruslan Maşurenko ilə məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirirlər.
Qeyd edək ki, cüdo üzrə milli komandamız qarşıdan gələn Tokio Olimpiya Oyunlarına hazırlaşır. Cüdoçularımız iyulun 1-dən 10-dək Xorvatiyanın Poreç şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.