Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa olimpiya təsnifat mərhələsində sabah meydanda çıxacaq. "Rekord.az" xəbər verir ki, komandamız Niderlandın Apeldorn şəhərində baş tutacaq turnirdə A qrupunda mübarizə aparır.

Voleybolçularımız meydan sahibləri ilə yanaşı, Polşa və Bolqarıstandan olan həmkarları ilə qarşı-qarşıya gələcək. Yığmamız ilk matçını sabah Niderlanda qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götüəcək. 

Qeyd edək ki, millimiz turnirdə yeni baş məşqçi ilə çıxış edir. Komandamızı meydana yerli mütəxəssis Vasif Talıbov çıxaracaq.

 

Avropa olimpiya təsnifat turniri

A qrupu

I tur

 22:30 Azərbaycan - Niderland