Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Qazaxıstanın Almatı şəhərində yerləşən Akbulak İdman Mərkəzində təlim-məşq toplanışındadır.

Rekord.az xəbər verir ki, Anna Başta, Valeriya Bolşakova, Palina Kaspiaroviç, Səbinə Kərimova, Sevil Bünyatova və Zərifə Hüseynova Qazaxıstanla yanaşı İspaniya, Ukrayna, Yunanıstan və Bolqarıstan yığmaları ilə birgə hazırlıq keçir.

Təlim-məşq toplanışı 10-12 fevralda Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək dünya kubokunun mərhələ yarışına hazırlıq xarakteri daşıyır.