Yığmamız Qubada təlim-məşq toplanışı keçəcək
- 05 Avq 2024 17:00
- 242
Azərbaycanın parataekvondo millisi avqustun 5-dən 18-dək Qubada təlim-məşq toplanışı keçəcək.
Rekord.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Paris-2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədilə təşkil olunan hazırlıq prosesinə 9 idmançı cəlb edilib.
Paris Paralimpiadasında 3 parataekvondoçumuz - Əbülfəz Abuzərli (80 kq), İmaməddin Xəlilov (70 kq) və Sabir Zeynalov (58 kq) bacarıqlarını göstərəcəklər.