Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız Rumıniya kollektivi ilə üz-üzə gəlib.

Görüş bu dəfə də voleybolçularımız üçün uğursuz alınıb. Yarışa əsasən gənc və təcrübəsiz oyunçulardan təşkil olunmuş heyətlə yollanan yığmamız bu qarşılaşmadan da quru hesablı məğlubiyyətlə ayrılıb - 0:3.

Qeyd edək ki, komandamız növbəti oyununu mayın 30-da Fransa millisinə qarşı keçirəcək.

 

Qızıl Avropa Liqası

A qrupu

II tur

  Azərbaycan - Rumıniya 0:3 (14:25, 13:25, 11:25)