Yığmamız təlim-məşq toplanışına start verdi
- 29 Apr 2022 15:28
- 474
22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb. "Rekord.az" xəbər verir ki, mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının II təsnifat mərhələsinə hazırlaşan komandamız məşqlərə Bakıda start verib.
14 voleybolçunun cəlb olunduğu toplanışa baş məşqçi Eldar Əliyev rəhbərlik edir. Ona Akif Vəliyev, Fərid Cəlalov və Ruslan Motorin kömək edirlər.
Bakıda təşkil olunan təlim-məşq toplanışı “Murov” Voleybol Klubunun və “Sərhədçi” Olimpiya İdman Mərkəzinin idman zallarında keçiriləcək.
Qeyd edək ki, voleybolçularımız AVRO-2022-nin təsnifat oyunlarında E qrupunda yer alıb. Komandamızın rəqibləri meydan sahibləri ilə yanaşı, Niderland və Slovakiya milliləridir.