Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa birinciliyi və İslamiadaya hazırlığını Bakıda davam edəcək. "Rekord.az" xəbər verir ki, iyunun 25-dən iyulun 5-dək Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışı keçən voleybolçularımız artıq paytaxta qayıdıblar.

Voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə Kamerun, Seneqal və Əfqanıstan yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq.