Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya təsnifat turnirinə hazırlığı davam etdirir. "Rekord.az" xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan voleybolçularımız növbəti yoldaşlıq oyunu keçiriblər.

Vasif Talıbovun rəhbərlik etdiyi yığmamız qonşu ölkənin "THY" klubu ilə üz-üzə gəlib. Rəsmi oyunlardan fərqli olaraq bu hazırlıq matçında tərəflər sülhə razılaşıblar. 4 set davam edən matçda tərəflər hərəyə iki hissədə fərqləniblər.

Yoldaşlıq oyunu

   "THY" - Azərbaycan 2:2 (21:25, 17:25, 25:20, 25:15)