Yığmamız Türkiyə və Əlcəzairlə birgə hazırlıq keçir
- 05 Apr 2022 16:00
- 548
Gənc boksçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirir.
Rekord.az xəbər verir ki, baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında keçirilən hazırlıqda əsas diqqət taktiki və fərdi çalışmalara yönəlib.
Avropa birinciliyi öncəsi toplanışın son mərhələsi aprelin 10-dək davam edəcək. Gündə iki dəfə məşq edən komanda birgə hazırlaşdığı Türkiyə və Əlcəzair milliləri ilə sınaq döyüşləri də keçirir.
Azərbaycan yığması aprelin 11-də Türkiyədən Avropa çempionatının təşkil olunacağı Bolqarıstanın paytaxtı Sofiyaya yola düşəcək. Komanda aprelin 13-22-də baş tutacaq yarışda tam heyətlə çıxış edəcək.