Qadın şahmatçılardan ibarət Azərbaycan və Gürcüstan milliləri arasında yoldaşlıq görüşü davam edir.

Rekord.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığmamız 4-cü turda rəqibi ilə heç-heçə edib.

Hesabat turunda üç partiya bərabərliklə yekunlaşıb. Millimizin heyətində Günay Məmmədzadə məğlub olduğu halda, Gövhər Beydullayeva qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5:2,5 hesabı ilə başa çatıb.

5-ci turda komandamızda üç şahmatçı ağ, ikisi qara fiqurlarla oynayacaq.

Yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.