Yığmamızın AVRO-2023-ə hazırlıq prosesinə start verildi
- 27 Fev 2023 21:25
- 636
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq prosesinə start verilib. "Rekord.az" xəbər verir ki, bu gün voleybolçularımız mövsümdəki ilk məşqlərinə çıxıblar.
Məşqlərdə yığmamızın əsas heyətinin hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, həmçinin digər milli oyunçular iştirak edirlər. Məşqlərin həftədə 4-5 gün keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, millinin baş məşqçisi məsələsinə ölkə çempionatı bitdikdən sonra baxılacaq. Bu səbəbdən indiki hazırlıq prosesi Faiq Qarayevin nəzarətində yerli məşqçilər tərəfindən keçirilir.