Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Olena Xarçenkonun növbəti mövsümdə çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, blokçumuz karyerasını yenidən Türkiyədə davam etdirəcək.

26 yaşlı voleybolçumuz bu ölkənin "Çukurova Belediyesi" klubunun formasını geyinəcək. O, ən az 1 il Sultanlar Liqasında mübarizə aparacaq yeni komandasının uğurları üçün çalışacaq.

Son mövsümü Türkiyənin "Bolu" klubunda keçirən Xarçenko bundan əvvəl Bakının "Telekom", Fransanın "Le Cannet", "Volero Le Cannet", Macarıstanın "MCM Diamant" kollektivlərinin şərəfini qoruyub, avrokuboklarda bir sıra medal qazanıb.