Yığmamızın ehtiyat heyəti məşqlərini davam etdirir
- 25 İyl 2022 18:27
- 499
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qitə birinciliyinin seçmə mərhələsi və İslamiadaya hazırlıqları davam etdirdiyi vaxtda komandamızın ehtiyat heyəti də təlim-məşq toplanışı keçir. "Rekord.az" xəbər verir ki, ehtiyat voleybolçularımızın məşqləri Bakıda təşkil olunub.
İkinci yığmamıza 20 voleybolçu cəlb edilir. Qızların təlim-məşq toplanışına Famil Ağayev rəhbərlik edir. Məşqlər Voleybol Mərkəzində və açıq havada təşkil olunur.