Yığmamızın forvardı ən yaxşı seçildi
- 11 Mar 2020 14:40
- 551
ABŞ-ın 2-ci liqasında ilk turun ən yaxşı futbolçusu məlum olub.
Rekord.az xəbər verir ki, bu, “Feniks Rizinq”in hücumçusu Rüfət Dadaşovdur. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Azərbaycan millisinin də üzvü olan Rüfət, ilk turda “Feniks Rizinq”in “Portlend Timbers 2”-ni 6:1 hesabıyla məğlub etdiyi matçda het-trik edib.
Rüfət, həm də həftənin rəmzi komandasında yer alıb.