Yığmamızın hücumçusu məğlub oldu
- 11 Mar 2023 21:58
- 362
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko Polşa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Radomka" 18-ci turda "Chemik Police" klubu ilə üz-üzə gəlib.
Doğma meydanda baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. Güclü rəqibi yalnız bir setdə məğlub edə bilən Rita və rəfiqələri 1:3 (21:25, 12:25, 25:21, 12:25) hesabı ilə uduzublar.
Komandasının xalsız qaldığı qarşılaşmada millimizin üzvü əvəzetmə ilə oynayıb. Stepanenko meydanda olduğu müddətdə 6 dəfə fərqlənib. O, bu xallardan 5-ni hücumda, 1-ni isə blokda qazanıb.
Qeyd edək ki, "Radomka" 13 xalla 9-cu pillədədir.