Macarıstanda qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü bu tur bir-birinə rəqib olub.

Blokçumuz Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" toppaylayıcımız Şəfaqət Alışanovanın formasını geyindiyi "Jaszbereny" klubunu qəbul edib.

Görüş Ayşən və rəfiqələrinin üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda "Vasas" quru hesablı qələbəni bayram edib - 3:0 (25:11, 25:20, 25:18).

İki voleybolçumuzun üz-üzə gəldiyi qarşılaşmada Ayşən Abduləzimova 5 xal qazanıb. O, qonaqları 2 dəfə hücumda, 2 dəfə blokda, 1 dəfə eyslə fərqlənib. Şəfaqət Alışanova isə bir dəfə eyslə xal qazanıb.