Yığmamızın kapitanı avroliqadakı uğursuzluqdan danışıb
- 05 İyn 2024 15:18
- 348
"Oyunlar istədiyimiz kimi keçmədi. Buna baxmayaraq, bu qarşılaşmalar komandamızın gənc oyunçuları üçün gözəl təcrübə oldu" - "Rekord.az" xəbər verir ki, bu sözləri Qızıl Avropa Liqasındakı çıxışını başa vuran kişi voleybolçulardan ibarət millimizin kapitanı Vüqar Bayramov deyib.
Təcrübəli hücumçumuz uğursuz çıxışın səbəblərindən də danışıb: "Yorğunluq daha yaxşı oynamağımıza mane oldu və xüsusilə sonuncu oyunda bunu çox hiss etdik. Son qarşılaşma gərgin keçdi, qalib gələ bilərdik amma bu dəfə də sevinən rəqib oldu. Növbəti yarışlara daha yaxşı hazırlaşıb uğurlu nəticə əldə etməyə çalışacağıq".