Yığmamızın Olimpiya Təsnifat turnirindəki oyunlarının proqramı açıqlandı
- 08 Apr 2024 18:15
- 235
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Olimpiya Təsnifat turnirində keçirəcəyi oyunların proqramı açıqlanıb.
Rekord.az xəbər verir ki, yarışa aprelin 12-də Honqkonqda start veriləcək.
Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerdən ibarət millimiz B qrupunda Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılacaq.
Komanda qrupda ilk oyununu aprelin 12-də, Bakı vaxtı ilə saat 11:30-da Çiliyə qarşı keçirəcək. Növbəti iki matç isə aprelin 13-də baş tutacaq. Milli saat 11:55-də Monqolustan, 13:45-də isə Niderland ilə münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.