Azərbaycan cüdoçuları 26-28 yanvarda Portuqaliyanın Odivelas şəhərində keçiriləcək qran-pridə iştirak edəcəklər.

Rekord.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 93 ölkədən 660 idmançı medallar uğrunda mübarizə aparacaq. 

Azərbaycan millisi yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 16 idmançı ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərliyi altında çıxış edəcək.

Qadınlar 
-48 kq.  
Könül Əliyeva 
-52 kq. 
Aydan Vəliyeva 
Gültac Məmmədəliyeva 
-57 kq. 
Fidan Əlizadə 
Acelya Toprak

Kişilər
-60 kq. 
Balabəy Ağayev 
Turan Bayramov 
-66 kq. 
Yaşar Nəcəfov 
Kamran Süleymanov 
-73 kq. 
Rəşid Məmmədəliyev 
Nurlan Osmanov
-81 kq. 
Səid Mollayi 
Zelim Tçkayev 
-90 kq. 
Elcan Hacıyev 
Vüqar Talıbov 
+100 kq. 
Uşanqi Kokauri