
Yığmamızın rəqibi darmadağına üzüldü
- 12 Noy 2020 01:43
- 657
UEFA Millətlər Liqasında Azərbaycan milli komandasının rəqiblərindən olan Lüksemburq yığması yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, sözügedən komanda doğma meydanda Avstriya yığmasıyla üz-üzə gəlib.
C liqasının 1-ci qrupunun lideri olan "cırtdan ölkə"nin təmsilçisi bu oyunda böyük hesabla məğlub olub. İlk yarısı qolsuz bitən matçın ikinci hissəsində vurulan toplar qonaqlara qələbə qazandırıb - 3:0.
Qeyd edək ki, Lüksemburq millisi noyabrın 14-də Kipr, 17-də Azərbaycanla qarşılaşacaq.