AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Domeniko Tedesko çalışdıracaq.

Bu barədə Belçika Kral Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

38 yaşlı italiyalı mütəxəssis AÇ-2024-ün sonuna qədər müqavilə imzalayıb. O, bu postda 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra istefaya göndərilən Roberto Martinesi əvəzləyib.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələnin F qrupunda Belçika seçməsi ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.