Yığmamızın Türkiyə toplanışı davam edir
- 31 Yan 2020 23:00
- 1008
Xəbər verdiyimiz kimi, qadınlardan ibarət güləş yığmamız Türkiyədə təlim-məşq toplanışı keçir.
Rekord.az xəbər verir ki, yanvarın 27-dən Ədirnədə məşqlərə başlayan millimiz Türkiyə və Çin Taypeyindən olan komanda ilə birgə hazırlığı davam etdirir.
Toplanış fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Yeri gəlmişkən, Türkiyənin "Beinsport" telekanalı 3 komandanın iştirakıyla baş tutan təlim-məşq toplanışından reportaj hazırlayıb. Millimizin baş məşqçisi Aslan Ağayev Türkiyə Güləş Federasiyasına toplanışın təşkilində yaratdığı şəraitə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.