Yığmamızın üvzünün komandası avrokubokda məğlub oldu
- 13 Yan 2023 13:15
- 395
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakovanın şərəfini qoruduğu Macarıstanın "Szent Benedek" avrokubokda növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun komandası "CEV Cup"ın 1/8 final mərhələsində Çexiyanın "Dukla Liberec" kollektivi ilə üz-üzə gəlib.
Cütün Macarıstanda baş tutan görüşü hücumçumuzun komandası üçün yaxşı alınmayıb. Meydan sahibləri 4 set davam etmiş görüşdə 1: (23:25, 25:20, 15:25, 21:25) hesabı ilə məğlub olublar.
Komandasının xalsız uduzduğu matçda yığmamızın üzvü əvəzetmə ilə oynayıb. O, meydanda olduğu müddətdə bir dəfə hücumda fərqlənib.
Qeyd edək ki, cütün cavab qarşılaşması yanvarın 19-da Çexiyada baş tutacaq. Macarıstan təmsilçisi növbəti mərhələyə yüksəlmək üçün mütləq həmin qarşılaşmada 3 xallı qələbə qazanmalı, ardın da Qızıl setdə qalib gəlməlidir.