Yığmamızın üzvü avroliqadakı oyunlar haqqında danışdı
- 30 May 2024 09:36
- 344
Qadın voleybolçulardan ibarət millimiz Qızıl Avropa Liqasına mübarizəni davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız ölkəmizin ev sahibliyi etdiyi 3-cü tura hazırlığı Bakıda keçir.
Uzun fasilədən sonra voleybola geri dönən yığmamızın təcrübəli liberosu liberosu Ceyran İmanova yarışla bağlı fikirlərini bölüşüb:
“İlk olaraq qeyd etmək istəyirəm ki, mən müəyyən səbəblərdən voleybola ara vermişdim. 5 illik fasilədən sonra yeniden milli komandamızda çıxış etmək mənim üçün çox sevindirici və qürurverici bir hissdir. Oyunlara gəldikdə isə ilk iki turda istədiyimiz kimi çıxış etmədik. Düşünürəm öz səhvlərimiz olmasaydı Slovakiya və İsveç komandalarına da qalib gələ bilərdik. Rumıniyalı voleybolçular isə daha cəld oynadılar, bizdən üstün oldular.
Növbəti oyunlarımız Estoniya və Avstriya yığmalarına qarşı olacaq. Ən böyük üstünlüyümüz doğma meydanda oynamağımızdır. Hər iki oyunda qalib gəlməliyik. Bütün oyunçular var gücümüzlə çalışırıq. Biz Bakıda hər iki oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu oyunlarda azarkeşlərin də dəstəyilə biz qalib gələcəyik”.