Yeni mövsümdə xaricdə çıxış edəcək voleybolçularımızdan daha birinin yeni komandasının adı bəlli olub. "Rekord.az" xəbər verir ki, qadınlardan ibarət millimizin üzvü Mariya Kirilyuk Çin çempionatında mübarizə aparacaq.

Təcrübəli blokçumuz Çinin "Phoenix" klubu ilə razılığa gəlib. 27 yaşlı voleybolçumuz ən az bir il Shenzhen təmsilçisinin formasını geyinəcək. Kirilyuk artıq yeni komandasına qoşulub.