Macarıstanda qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının bu ölkədə çıxış edən üzvü Ayşən Abduləzimovanın komandası "Vasas" bu dəfə "MCM" ilə üz-üzə gəlib.

Oyun voleybolçumuzun komandası üçün uğursuz alınıb. Qarşılaşmaya yaxşı başlayan "Vasas" ilk qalib başa vursa da, sonradan təşəbbüsü əldən verib. 4 hissə davam edən matçda Ayşən və rəfiqələri 1:3 (25:20, 16:25, 23:25, 23:35) hesabı ilə uduzublar.

Komandasının xalsız qaldığı oyunda millimizin üzvü 11 dəfə fərqlənib. Abduləzimova meydan sahiblərini 7 dəfə hücumda, 2 dəfə blokda, 2 dəfə eyslə məyus edib.