Yığmamızın üzvü qarşıdakı oyunlardan danışdı
- 16 Avq 2024 10:02
- 411
Kişi voleybolçulardan ibarət yığmamız qitə birinciliyinin təsnifat mrhələsində hazırlığı davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamızın blokçusu Mərdan Məmmədov Avstriya ilə matç öncəsi fikirlərini bölüşüb:
“Sabah Avropa çempionatının təsnifat mərhələsində ilk oyunumuz olacaq. Yarışa hazırlıqlarımız yaxşı keçir. Ötən həftə Tbilisidə təlim-məşq toplanışında olduq. Orada Gürcüstan yığması ilə bir neçə yoxlama oyunu keçirdik və qələbə qazandıq.
Komandada əlval-ruhiyyə yaxşıdır. Rəqiblərimizi analiz edirik. Belçika millisi ilə Qızıl Avropa Liqasında qarşılaşmışdıq və rəqib qalib gəlmişdi. Bu dəfə çalışacağıq ki, biz qalib gələk.
Avstriya millisi də güclü komandadır. Hər iki qarşılaşmada gözəl oyun göstərib qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.