Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tuliça" 9-cu turda "Sparta" ilə üz-üzə gəlib. 

Doöma meydanda baş tutan görüş Kristinanın komandası üçün pis balayıb və ilk setdə qonaqlar sevinən tərəf olublar. Lakin bundan sonra təşəbbüsü ələ alan "Tuliça" növbəti hissələri aktivinə yazdıra bilib. 4 set davam edən matçda Besman və rəfiqələri 3:1 (15:25, 25:16, 25:22, 25:14) hesablı qələbəni bayram ediblər.

Komandasının 3 xal qazandığı görüşdə toppaylayıcımız bir dəfə fərqlənib. O, bu xalı hücumda qazanıb. 

Qeyd edək ki, "Tuliça" 23 xalla 3-cü pillədə qərarlaşıb.