Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tuliça" 24-cü turda "Lokomotiv"lə üz-üzə gəlib.

Səfərdə baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. 3 hissə davam edən qarşılaşmada Kristina və rəfiqələri quru hesabla uduzublar - 0:3 (15:25, 18:25, 24:26). 

Tula təmsilçisinin xalsız qaldığı oyunda yığmamızın üzvü 2 dəfə fərqlənib. O, bu xallardan birini blokda, digərini isə eyslə qazanıb.