Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Yaqubova Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun şərəfini qoruduğu"Lipeçk" 19-cu turda "Zareçye" klubu ilə üz-üzə gəlib.

Səfərdə baş tutan görüş gərginliyi ilə yadda qalıb. 5 hissə davam edən matçda voleybolçumuzun komandası 2:3 (23:25, 25:22, 25:18, 22:25, 12:15) hesabı ilə məğlub olub.

Komandasının qələbəni son anda əldən verdiyi oyunda millimizin üzvü 1 dəfə fərqlənib. Toppaylayıcımız bu xalı servisdən qazanıb.