Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Kristina Besmanın şərəfini qoruduğu "Tuliça" 3-cü turda "Minçanka" ilə qarşılaşıb. 

Rusiya çempionatında iştirak edən Belarus təmsilçisi ilə görüş gərgin keçib. 5 set davam edən matçda voleybolçumuzun komandası 2:3 (16:25, 25:22, 18:25, 25:20, 11:15) hesabı ilə məğlub olub. 

Millimizin üzvü komandasının ilk məğlubiyyətini aldığı oyunda bir dəfə fərqlənib. O, bu xalı hücumda qazanıb.

Qeyd edək ki, 3 turdan sonra hesabında 7 xal olan "Tuliça" turnir cəvdəlində 3-cü pillədə qərarlaşıb.