Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Besman Rusiya birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın formasını geyindiyi "Tulitsa" 12-ci turda Krasnodar "Dinamo"su ilə üz-üzə gəlib.

Doğma meydanda baş tutan görüş voleybolçumuzun komandasının üstünlüyü ilə yekunlaşıb. Qonaqların ciddi müqavimətinə baxmayaraq, Kristina və rəfiqələri meydandan quru hesablı qələbə ilə ayrılıblar - 3:0 (27:25, 25:23, 25:19).

Komandasının növbəti xallarını qazandığı matçda millimizin üzvü qonaqları bir dəfə blokda məyus edib.