Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tulitsa" 19-cu turda "Uraloçka" klubunu qəbul edib. 

Gərginliyi ilə yadda qalan görüş meydan sahiblərininüstünlüyü ilə keçib. Tula təmsilçisi İlk iki hissədə rəqibin ciddi müqaviməti ilə üzləşsə də qələbəni əldən verməyib və 2:0 hesabı ilə önə keçib. Növbəti setdə isə Kristina və rəfiqələri qonaqlara qarşı daha yaxşı oynayıblar. Beləliklə, 3 set davam edən matçda "Tulitsa" quru ehsablı qələbəni bayram edib - 3:0 (25:23, 25:23, 25:19).

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada yığmamızın toppaylayıcısı fərqlənməyib. 

Qeyd edək ki, "Tulitsa" xallarının sayını 34-ə çatdırıb. Komanda hazırda turnir cədvəlində 6-cı piləyə yüksəlib.