Yığmamızın üzvü Rusiyada növbəti qələbəsini qazanıb
- 10:10
- 35
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyunun açıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Yenisey" 21-ci turda "Uraloçka" ilə qarşılaşıb.
Doğma meydanda baş tutan görüş voleybolçumuzun komandası ilk setdə qələbə qazansa da sonradan ümumi hesabda geri düşüb. Lakin növbəti hissəni də qalib başa vura bilən Kristina və rəfiqələri tay-breykdə də qələbə qazanıb - 3:2 (27:25, 14:25, 19:25, 25:18, 16:14).
Gərginliyi ilə yadda qalan oyunda yığmamızın toppaylayıcısı bir dəfə eysdən fərqlənib.
Qeyd edək ki, xallarının sayını 14-ə çatdıran "Yenisey" turnir cədvəlində 12-ci pillədədir.