Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tuliça" 16-cı turda Belarusun Rusiya birinciliyində çıxış edən "Minçanka" klubunun qonağı olub.

Görüş voleybolçumuzun komandası üçün uğurlu başlayıb. İlk setdə qələbə qazanan "Tuliça" növbəti hissədə məğlub olub. Bununla belə Tula təmsilçisi rəqibinə bundan artıq sevinmək imkanı verməyib. 4 set davam etmiş matçda Kristina və rəfiqələri 3:1 (25:21, 23:25, 25:18, 25:21) hesablı qələbəni bayram ediblər.

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada millimizin toppaylayıcısı xal qazanmayıb.