Rusiyada qadın voleybolçuların çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Kristina Besman 19-cu turda meydana çıxıb. 

Təcrübəli oyunqurucumuzun şərəfini qoruduğu "Tuliça" 19-cu turda "Lipetsk" klubu ilə üz-üzə gəlib. 

Səfərdə baş tutan görüş voleybolçumuzun komandası üçün uğurlu alınıb. İlk setdən təşəbbüsə yiyələnən Kristina və rəfiqələri üstünlüklərini sonadək qoruyublar. 3 hissə davam edən matçda Tula təmsilçisi quru hesablı qələbəni bayram edib - 3:0 (25:22, 25:19, 25:23). 

Komandasının hesabına növbəti xalları yazdırdığı oyunda yığmamızın üzvü 3 dəfə fərqlənib. Besman bu x alları hücumda, blokda və eyslə qazanıb.