Yığmamızın üzvü Rusiyada yenə uduzdu
- 04 Apr 2022 12:26
- 490
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın şərəfini qoruduğu "Tuliça" 25-ci turda Moskva "Dinamo"su ilə üz-üzə gəlib.
Doğma meydanda baş tutuan qarşılaşma voleybolçumuzun komandası üçün uğursuz alınıb. Kristina və rəfiqələri 3 hissə davam edən matçda quru hesabla uduzublar - 0:3 (21:25, 15:25, 15:25).
Tula təmsilçisinin xalsız qaldığı görüşdə millimizin üzvü 2 dəfə fərqlənib. Besman xallardan birini blokda, digərini isə eyslə qazanıb.
Qeyd edək ki, "Tuliça" 25 turdan sonra 53 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.